“Biz dost idik, indi oğullarımız dostdur...”
“Qafqazinfo” xəbər verir ki, bu şərhi müğənni Safurə Əlizadə sosial şəbəkədə paylaşdığı fotoya şərhində bildirib.
S.Əlizadə və Azərbaycanın “Avroviziya” təmsilçilərindən olan Aysel Teymurzadənin oğullarının yer aldığı foto izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, A.Teymurzadənin Xalq artisti Murad Adıgözəlovla birgə nikahından 3 övladı var. Ötən il cütlüyün ayrılıq xəbəri yayılıb.
S.Əlizadə isə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Onların İsgəndər, Ayşə və Natiq adında 3 övladı var.
Aysel ölkəmizi “Avroviziya”da 2009-cu ildə, Safurə isə 2010-cu ildə təmsil edib.

Son xəbərlər
Son Xəbərlər