“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi

bize-ne-edeceyimizi-dikte-ede-bilmezler
Oxunma sayı: 437

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın hədələrinə cavab olaraq ölkəsinin Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməsinin müsbət bir proses olduğunu və Ottavanın təzyiqlərə boyun əyməyəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Bu ittifaq müsbət bir prosesdir. Amerika prezidentinə cavabım məhz budur. Daha güclü və daha dözümlü Kanada Birləşmiş Ştatlar üçün daha səmərəli tərəfdaşa çevriləcək. Kanadalılar həmrəydirlər ki, onlara hansı dildə danışmalı olduqlarını, mədəniyyətlərini və ya kiminlə saziş bağlayacaqlarını heç kəs diktə edə bilməz”, – deyə o Trampa cavab verib.

Xatırladaq ki, bundan öncə Donald Tramp Kanadaya Aİ-nin assosiativ üzvü statusu veriləcəyi təqdirdə Avropa İttifaqına qarşı yüksək gömrük rüsumları tətbiq edəcəyi və ya bir sıra sahələr üzrə ticarəti dayandıracağı ilə hədələmişdi. Bununla yanaşı, Tramp Kanadanın Aİ-yə daxil olmaq perspektivini “gülünc” adlandırmış, Ottavanı isə “dəhşətli ticarət tərəfdaşı” kimi qiymətləndirmişdi.