“Almaniyanın immiqrantlara ehtiyacı var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ştaynmayer vətəndaşların mənşəyinə görə bölünməsinə qarşı çıxıb və Almaniya Konstitusiyasının “birinci və ya ikinci dərəcəli vətəndaş” anlayışını tanımadığını vurğulayıb.
Prezident Almaniyanın işçi qüvvəsinə ehtiyac duyduğunu bildirib: “Bu ölkənin sistemin işləməsi üçün immiqrantlara ehtiyacı var. Xəstəxanalar, qocalar evləri və özəl sektor bu insanların əməyinə söykənir”.
Onun sözlərinə görə, Almaniyanın iqtisadi və sosial sisteminin fəaliyyətində immiqrantların mühüm rolu var.
Ştaynmayer Almaniya vətəndaşlarının mənşəyindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu qeyd edib.
Prezident alman kimliyinin yalnız insanın ailə və ya etnik mənşəyi ilə müəyyən edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, ortaq dil, azadlıq və sülh şəraitində birgə yaşamaq istəyi, həmçinin konstitusiyaya hörmət cəmiyyətin əsas birləşdirici dəyərləridir.
Son xəbərlər
Son Xəbərlər