BMT TŞ-nin yeni müvəqqəti üzvləri seçildi

bmt-ts-nin-yeni-muveqqeti-uzvleri-secildi
Oxunma sayı: 2013

BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən, Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçilib.

Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən - beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir.

Daimi üzvlər isə - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.