borrel

borrel
Oxunma sayı: 157

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin bu il dekabrın 11-də baş tutacaq sonuncu iclasında Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbul ediləcəyinə ümid etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hazırda yeni sanksiyalar paketi yekunlaşdırılır. Aİ ölkələrinin daimi nümayəndələri detalları müzakirə edirlər. Ümid edirəm ki, o, tezliklə təsdiqlənəcək və biz onu dekabrda (təsdiq üçün) Aİ Şurasının iclasında təqdim edə biləcəyik”, - Borrell qeyd edib.