“Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi proseduruna başlamağı təklif edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Sarajevo Times” nəşrinə verdiyi müsahibəsində bildirib.
Səfir qeyd edib ki, rəsmi Bakı əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır və Bosniya və Herseqovinanı dost, mühüm tərəfdaş kimi görür:
“Biz Bosniya və Herseqovinanı dost və vacib tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki xalqın və gələcək nəsillərin rifahı naminə inkişaf etməyə davam edəcək. Bu ruhda, Azərbaycan ölkələrimizi bir-birinə yaxınlaşdırmaqda və vətəndaşlar üçün maddi fayda yaratmaqda mühüm rolunu qəbul edərək, ölkələrimiz arasında turizm və biznes fəaliyyətini daha da təşviq etməkdə maraqlıdır. Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin yaradılması prosedurlarına başlamağı təklif edib ki, bu da səyahətləri, turizmi və insanlar arasında mübadiləni əhəmiyyətli dərəcədə asanlaşdıracaq”.
Son xəbərlər
Son Xəbərlər