Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ölkənin Avropa İttifaqına (Aİ) mümkün qayıdışı ilə bağlı bəyanatını məmnunluqla qarşılayıb.
“Qafqazinfo” “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Fransa lideri Britaniyanın bu addımını yüksək qiymətləndirib.
“Yenidən xoş gəldiniz! Düşünürəm ki, bu, çox müdrik bir qərar olardı. Börnhemin belə bir cəsarət göstərməkdə haqlı olduğunu hesab edirəm. Hər halda, biz bu prosesin uğurla nəticələnməsinə kömək etməyə çalışacağıq”, – deyə Makron bildirib.
Fransa prezidenti vurğulayıb ki, Birləşmiş Krallıq Aİ-dən kənarda qalaraq ittifaq ölkələri ilə münasibətlər qurmağa çalışarkən qaçılmaz olaraq müəyyən məhdudiyyətlərlə qarşılaşacaq.
Xatırladaq ki, bundan əvvəl Baş nazir Börnhem ölkənin Aİ-yə qayıdışını təklif etmək üçün “sona qədər getməyə” hazır olduğunu bəyan etmişdi. O, bu məsələni “havada asılı saxlamaq” istəmədiyini və Britaniyanın növbəti onillikdə hansı istiqamətdə hərəkət edəcəyini dəqiq müəyyənləşdirmək niyyətində olduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər