Böyük Britaniyanın müdafiə naziri istefa verdi

boyuk-britaniyanin-mudafie-naziri-istefa-verdi
Oxunma sayı: 450

Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” hesabında məlumat paylaşıb. 

Hili istefaya səbəb kimi müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarını göstərib. 

“Siz bacarmadınız, Maliyyə Nazirliyi isə artan təhdidlər dövründə ölkənin müdafiəsi üçün lazım olan resursları ayırmaq istəmədi”, - o, Birləşmiş Krallığın Baş naziri Kir Starmerə ünvanlanmış müraciətində bildirib.

Bununla belə, Con Hili bu qərarı dərin təəssüf hissi ilə və könülsüz qəbul etdiyini vurğulayıb.