“Brent” 46 dollardan satılır

brent-46-dollardan-satilir
Oxunma sayı: 952

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,28% bahalaşaraq bir barrelə görə 46,65 dollar olub.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 1,42% artaraq bir barrelə görə 43,67 dollara yüksəlib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.