Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Bakıdadır - Fotolar

britaniyanin-mudafie-meseleleri-uzre-dovlet-naziri-bakidadir
Oxunma sayı: 450

Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koker Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın ölkəmizdəki səfiri Dankan Norman “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, nazir ilk dəfə olaraq ADEX sərgisində iştirak edir.

Sərgiyə V.Kokerlə birlikdə Britaniyanın 18 şirkəti də qatılıb.