“Sevgi məktubu kimi” - Şeir

sevgi-mektubu-kimi-seir-
Oxunma sayı: 1395




Sevgi məktubu kimi

Dağlar arasında dərə
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.

Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi məktubu kimi.

Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə
sevgi məktubu kimi.

...Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi...