Bu dəfə onun şeirini dedi - Video

bu-defe-onun-seirini-dedi
Oxunma sayı: 2283

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan şairi Rüstəm Behrudinin şeirini səsləndirib.

“Qafqazinfo”nun xəbərinə görə, o, “AKP Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramı”nda bildirib ki, bu gün (dünən - red.) UNESCO tərəfindən elan edilən 15 Dekabr Dünya Türk Dili Ailəsi Günüdür.

“Türk dünyasında və dünyanın müxtəlif guşələrində yaşayan, eyni dildə danışan, eyni xəyalları paylaşan və ürəkləri bir-biri ilə döyünən bütün qardaş və bacılarımıza Türk Dili Ailəsi Günü mübarək olsun.

Son iki əsr təkcə millətimiz üçün deyil, bütün türk dünyası üçün çətinliklər, məşəqqətlər, əzablar və işğallarla dolu olub. Mədəni coğrafiyamızın bir çox bölgəsində o torpaqların qədim kimlikləri, dilləri və dini dəyərləri qadağan edilib və xalqlar parçalanıb. Biz sözün əsl mənasında çürümə mövsümünü yaşadıq. Bir vaxtlar az qala türk dünyasının taleyinə çevrilən bu səhnəni Azərbaycan şairi Rüstəm Behrudi belə təsvir edir: 

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!”, - o vurğulayıb.

Qeyd edək ki, sözügedən bənd şairin “Salam, Dar ağacı” şeirindəndir və davamı belədir:

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.