Nyu-York şəhərinin mərkəzində bu il də ənənəvi “SantaCon” yürüşü keçirilib və yüzlərlə iştirakçı Santa Klaus kostyumunda içki içərək şəhərin müxtəlif məhəllələrində gəziblər.
“Qafqazinfo” “Le Monde”yə istinadən xəbər verir ki, yürüş zamanı küçələrdə maraqlı, bəzən xaotik görüntülər lentə alınıb.
Qeyd edək ki, bu ənənə 1994-cü ildə San- Fransiskoda bir qrup dostun Santa paltarı geyinərək şəhəri gəzməsi ilə başlayıb.
Başlanğıcda əyləncə və bayram ruhu yaratmaq məqsədli olan bu gəzintilər tezliklə populyarlaşaraq böyük şəhərlərdə kütləvi içki yürüşlərinə çevrilib.
Bu gün “SantaCon” yalnız Nyu-Yorkda deyil, Boston, Çikaqo, London və digər dünya şəhərlərində də keçirilir.
Şəhər hakimiyyəti və yerli sakinlər bu yürüşlərdən bəzən narazı qalırlar.
Buna səbəb isə tədbir zamanı küçələrdə səs-küy və qarışıqlığın meydana gəlməsidir. Lakin “SantaCon”, həmçinin xeyriyyə məqsədli tədbirlər üçün fondlar toplamaqla da tanınır.




Son xəbərlər
Son Xəbərlər