“Dubai Duty Free” mağazalar şəbəkəsi alış-verişlərin ödənilməsi üçün kriptovalyuta qəbul etməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dubay hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Yeniliyə əsasən, istifadəçilər Dubay və Əl-Məktum beynəlxalq hava limanlarında, həmçinin onlayn olaraq “Crypto.com” platforması vasitəsilə kriptovalyuta ilə ödəniş edə biləcəklər.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emirates” aviaşirkəti “Crypto.com” birjası ilə müqavilə bağlayıb. Əməkdaşlıq çərçivəsində aviaşirkət veb-sayt və mobil tətbiq vasitəsilə biletlərin ödənilməsi üçün rəqəmsal valyuta qəbul etməyə başlayıb. Lakin bu seçim yalnız BƏƏ-nin milli valyutası olan dirhəmlə hesablaşmalar zamanı keçərlidir.
Son xəbərlər
Son Xəbərlər