“Bu, ən böyük imtahandır” - Qurban Qurbanov

bu-en-boyuk-imtahandir
Oxunma sayı: 540

“Sınaqlarım çox olub. Həmin sınaqlardan şükür olsun ki, pis çıxmamışıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”a qarşı keçirəcəkləri matçdan öncə “bu oyunu karyeranızın ən çətin sınağı adlandırırsız” sualına belə cavab verib:

“Sabah daha yaxşı nəticə əldə etmək üçün şansımız var. Əgər bu cür böyük oyunda uğur əldə etmək imkanımız varsa, bu sınaqdır, imtahandır və məsuliyyətdir. İndiyədək olan imtahanların içində ən yüksəkdə olanı budur”.