“Bu gün Azərbaycanda son iş günümdür” - Video

bu-gun-azerbaycanda-son-is-gunumdur
Oxunma sayı: 792

Ölkəmizdə diplomatik missiyasını başa vuran Böyük Britaniya səfiri Fergus Auld Azərbaycankı tərk edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı diplomat “X” hesabında paylaşıb.

Auld bildirib ki, bu gün onun Britaniyanın Azərbaycandakı səfirliyində son iş günüdür.

“Azərbaycan mən gedəndən sonra da uzun müddət qəlbimdə qalacaq”, -  deyə səfir qeyd edib.

Bununla yanaşı, səfir paylaşımına ölkədə fəaliyyətini başa vurmasına dair video da əlavə edib.