Bu gündən “İçərişəhər”dəki muzeylər də bağlandı

bu-gunden-iceriseherdeki-muzeyler-de-baglandi
Oxunma sayı: 1636

İçərişəhərdə fəaliyyət göstərən muzeylərin fəaliyyəti dayandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə  “İçərişəhər” DTMQ İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart 2020-ci il tarixli bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil bütün muzeylərin fəaliyyəti 14 martdan müvəqqəti olaraq dayandırılır.