Bu günə olan Bakı-Naxçıvan reysləri ləğv edildi

bu-gune-olan-baki-naxcivan-reysleri-legv-edildi
Oxunma sayı: 1282

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.

“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə məlumatda qeyd edilib.