Bu günlərdə ata olacaqdı... - Foto

bu-gunlerde-ata-olacaqdi-foto
Oxunma sayı: 13232

Səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olanlardan biri də gizir Babayev Yaşar Vasif oğludur.

“Qafqazinfo” xəbər verir ki, şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir. 

Yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.