“Ötən illərdə olduğu kimi, bu il də Müdafiə Nazirliyinin mətbuat üzrə cavabdeh şəxsi heyəti media nümayəndələri ilə sıx və əlaqəli əməkdaşlıq şəraitində işləyib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Anar Eyvazov media nümayəndələri ilə keçirilən tədbirdə deyib.
Anar Eyvazov bildirib ki, bu il də media nümayəndələri ilə informasiya cəbhəsində eyni səngərdə çiyin-çiyinə fəaliyyət göstərilib: “Müasir dövrün tələblərinə cavab verən sağlam və etibarlı informasiya mühitinin qorunub saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə ictimaiyyətdə yanlış və təhrif olunmuş rəyin formalaşmasının, qərəzli məlumatların, saxta xəbərlərin və dezinformasiyaların vaxtında aşkar olunaraq qarşısının alınması məqsədilə dəqiq, dolğun və operativ informasiya fəaliyyəti yüksək peşəkarlıq, böyük məsuliyyət hissi, sarsılmaz prinsipiallıq və ruh yüksəkliyi ilə təmin olunub”.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər