“Bu, İsrail üçün yeni imkanlar yaradır”

bu-israil-ucun-yeni-imkanlar-yaradir
Oxunma sayı: 3671

“İsrail Suriyada hakimiyyət dəyişikliyini alqışlayır və hesab edir ki, bu, onun üçün yeni imkanlar yaradır, baxmayaraq, yeni risklər də gətirə bilər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə həmsərhəd bölgəyə səfəri zamanı deyib.

O qeyd edib ki, İsrail ilk növbədə sərhədini qorumaq üçün hərəkət edəcək.