MAHUD 1 yaşında - İşgüzar xanımların zəriflik və rahatlıq ünvanı

mahud-1-yasinda
Oxunma sayı: 719

Bir brendin yaranması bəzən geyim istehsal etmək istəyindən deyil, gündəlik həyatda qarşılaşılan bir ehtiyacdan başlayır. Azərbaycanda ilk klassik qadın kostyum brendi olan MAHUD da məhz belə bir ideyadan doğulub: işgüzar xanımların klassik geyim seçimlərini asanlaşdırmaq, keyfiyyəti, rahatlığı və zərifliyi vahid üslubda birləşdirmək.

Bu gün MAHUD ilk yaşını qeyd edir. Geridə qalan bir il ərzində brend öz konsepsiyasını formalaşdırmaq, müştərilərinin etimadını qazanmaq və işgüzar geyim sahəsində fərqli bir mövqe yaratmaq istiqamətində addımlar atıb.

MAHUD-un əsas məqsədi müasir, fəal və iş həyatında özünü ifadə edən xanımlara həm zövqlərinə, həm də bədən quruluşlarına uyğun klassik geyimlər təqdim etməkdir. Brendin yanaşmasında geyim yalnız zahiri görünüşün deyil, həm də rahatlığın, özünəinamın və fərdi üslubun ifadəsidir. Xanımların seçim prosesinə sərf etdikləri vaxta qənaət etməsi, ehtiyac duyduqları geyimləri bir məkanda tapa bilməsi də bu ideyanın əsas istiqamətlərindəndir.

MAHUD-un təsisçisi Çinarə Mustafayevanın sözlərinə görə, ilk il brend üçün müştəri etimadının möhkəmləndirilməsi, xidmət keyfiyyətinin artırılması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub.

Brend qarşıdakı dövrdə yerli bazardakı mövqeyini gücləndirməyi, istehsal imkanlarını genişləndirməyi və beynəlxalq əməkdaşlıqlar vasitəsilə xarici bazarlara çıxış imkanlarını artırmağı hədəfləyir.

MAHUD üçün geridə qalan bir il qarşıda açılan yeni imkanların başlanğıcıdır. Çünki davamlı brend yaratmaq üçün keyfiyyətli məhsul qədər müştəriyə göstərilən diqqət, etibar və inkişaf əzmi də vacibdir.

MAHUD-un ilk yaşı müasir işgüzar xanımların ehtiyaclarından doğan bir ideyanın inkişaf yolunda növbəti mərhələdir. Brend bundan sonra da klassik üslubun zərifliyini rahatlıqla birləşdirərək xanımların gündəlik seçimlərinə dəyər qatmağı qarşısına məqsəd qoyur.

Ən zövqlü klassik qadın kostyumlarını Azadlıq pr. 99-da yerləşən firma mağazasında əldə edə, www.mahud.az saytında tanış ola bilərsiniz.