“Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal dizaltı vətərindən aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı futbolçu yaşadığı üzüntünü azarkeşləri ilə bölüşüb:
“Bu zədə məni meydandan ən çox orada olmaq istədiyim bir vaxtda uzaq saldı. Bu, izah edə biləcəyimdən daha ağrılıdır. Komanda yoldaşlarımla birlikdə mübarizə apara bilməyəcəyim, komandaya ehtiyacı olduğu anda kömək edə bilməyəcəyim üçün çox üzgünəm. Amma mən onlara inanıram və bilirəm ki, hər oyunda canlarını qoyacaqlar.
Kənarda olsam da, onlardan biri kimi komandama dəstək verəcəm və onları ruhlandıracam. Bu, son deyil, sadəcə bir fasilədir. Daha güclü, hər zamankindən daha böyük istəklə qayıdacağam və növbəti mövsüm daha yaxşı olacaq. Mesajlarınıza görə təşəkkür edirəm və Yaşasın “Barsa!”
Xatırladaq ki, L. Yamal İspaniya çempionatının 33-cü turunda “Selta” ilə keçirilən matçda (1:0) zədələnmişdi. Qeyd edək ki, sözügedən qarşılaşmada qələbə qolunun müəllifi də məhz Yamal olmuşdu.
Son xəbərlər
Son Xəbərlər