Bu ölkədə 16 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası gəlir

bu-olkede-16-yasdan-kicik-usaqlara-sosial-sebeke-qadagasi-gelir
Oxunma sayı: 302

Vyetnam hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə məzmun paylaşmasını qadağan etməyi nəzərdən keçirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən, azyaşlılara paylaşım etmək, şərh yazmaq, paylaşımları bəyənmək və canlı yayımlarda iştirak etmək qadağan oluna bilər.

Məlumata görə, onların sosial şəbəkə hesabları qeydiyyatdan keçirilərkən valideyn məlumatlarının təqdim edilməsi tələb olunacaq.

Bildirilib ki, bundan başqa, sosial media platformaları istifadəçilərin yaşını müəyyən edən texniki sistemlər qurmalı, uşaqların şəxsi məlumatlarını qorumalı və pornoqrafiya, narkotik, zorakılıq, qumar kimi zərərli məzmunu operativ şəkildə bloklamalı olacaq.

Qeyd edək ki, bu qanun daha əvvəl bir neçə ölkədə - Fransa, Türkiyə, Avstraliya, Çexiya, BƏƏ, Norveçdə qəbul olunub.