Bu parkların sanitariya-mühafizə zonaları təsdiq edildi - Fotolar

bu-parklarin-sanitariya-muhafize-zonalari-tesdiq-edildi
Oxunma sayı: 293

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Axar-Baxar Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 11292,91 hektar sahədə, İlisu Milli Parkının sanitariya-mühafizə zonası isə əlavə olunmuş xəritədə göstərilən 10108,00 hektar sahədə təsdiq edilib.