“Bu şərt olmadan danışıqlar mənasızdır”

bu-sert-olmadan-danisiqlar-menasizdir
Oxunma sayı: 1054

“Birləşmiş Ştatlar İrana qarşı növbəti hücumların olmayacağına zəmanət verməlidir - bu şərt olmadan danışıqlar mənasızdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkədəki səhifəsində bildirib.

“Gələcəkdə torpaqlarımıza bir daha hücum olmayacağına əmin olana qədər müharibəni bitirmək barədə danışmaq mənasızdır”, - o yazıb.

Pezeşkian bu məqamı Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı qaldırdığını vurğulayıb.

O qeyd edib ki, İranın Fars körfəzi ölkələri ilə münasibətlərini pozmaq üçün Yaxın Şərqdəki ABŞ hərbi bazalarından istifadəyə son qoyulmalıdır.