“Bulvarda mazut qoxusu hər tərəfi bürüyür” - Deputat

bulvarda-mazut-qoxusu-her-terefi-buruyur
Oxunma sayı: 2089

“Ekoloji vəziyyət Bakıda dözülməzdir. Bir çox kustar sexlər hələ də var. Ələlxüsus da şadlıq evləri nə qədər tüstü buraxır. Bunların hamısı bizim ciyərlərimizə gedir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

Millət vəkili bildirib ki, Bakıda ekoloji vəziyyət katastrofik vəziyyətdədir: “Bu yaxınlarda xaricdən dostum gəlmişdi. O dedi ki, Bakıda hər şey gözəldir, bir havadan başqa. Siz hamınız xəstələnirsiniz, bronxit keçirirsiniz. Bunlar hamısı ekoloji fəsadın nəticələridir. Mən müvafiq nazirliyə müraciət edirəm ki, daha ciddi işlər görsünlər. Lazımdırsa, cərimələri artırsınlar. Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürüyür”.

Günel Türksoy