Cakartadan uçan sərnişin təyyarəsi dənizə düşdü - Yenilənib + Video

cakartadan-ucan-sernisin-teyyaresi-denize-dusdu
Oxunma sayı: 5789

İndoneziyanın “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Flight Radar” servisi bildirib.

Məlumata görə, Cakarta - Pontianak reysi üzrə təyyarə yerli vaxtla saat 14:37-də havaya qalxıb. 

***

İndoneziyanın “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Bu barədə “Sinxua” agentliyi yerli televiziyaya istinadən xəbər verib.

***

İndoneziyanın “Srivijaya Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığındakı Yavan dənizinə düşüb.

Bu barədə ölkənin “Detik” xəbər portalı bildirib. 

***

“TASS”ın yazdığına görə, təyyarənin göyərtəsində 65 nəfər olub: 53 sərnişin və 12 ekipaj üzvü.