“Cəhənnəm sanksiyaları”nın müzakirəsi başlayır

cehennem-sanksiyalarinin-muzakiresi-baslayir
Oxunma sayı: 650

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin müzakirəsinə başlanmasını təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb. 

Nümayəndələr Palatasının 214 üzvü qərarın lehinə, 211 üzvü isə əleyhinə səs verib.

Nəşr qeyd edir ki, qərarın qəbul edilməsində demokratlar Cared Qolden və Mari Qlyuzenkamp Peres həlledici rol oynayıblar. Belə ki, onlar Demokrat Partiyasının rəhbərliyinin mövqeyinə zidd olaraq respublikaçıların təşəbbüsünü dəstəkləyiblər.

Qeyd edək ki, “cəhənnəm sanksiyaları” adlandırılan və mərhum senator Lindsi Qrem tərəfindən hazırlanan qanun layihəsi Rusiya rəsmillərinə, banklarına və “kölgə donanması”na qarşı birbaşa sanksiyaların tətbiqini nəzərdə tutur. Bundan əlavə, bu sanksiyalar sayəsində ABŞ Rusiyanın enerji resurslarının əsas alıcılarına qarşı 100%-ə qədər ikinci dərəcəli rüsumlar tətbiq edə biləcək. Sənəd həmçinin İrana qarşı məhdudiyyətləri 2031-ci ilə qədər uzatmağa imkan verəcək. Demokratlar təşəbbüsü Ağ Evin tarif səlahiyyətlərinin həddən artıq genişləndirilməsi və ciddi məcburi sanksiyaların olmaması səbəbindən tənqid edirlər.