Türkiyəli müğənni Çelik son konserti zamanı səhnədə yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi həmin anın görüntüsünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Çelik paylaşdığı videoya belə şərh yazıb:
“Bəli, səhnədə yıxıldım. Bunu jurnalistlərdən əvvəl paylaşacağam ki, bir az əylənək. Sizcə, bu, penaltidir? Əhməd Hoca bu barədə nə deyərdi? Bu anın görüntüləri kimdə var? Hər tərəfdən göndərsəniz, daha yaxşı bir video yarada bilərik. Mesajlarda gözləyirəm...”
Son xəbərlər
Son Xəbərlər