Cəlilabadda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

celilabadda-minik-avtomobilleri-toqqusdu
Oxunma sayı: 1168

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov