“Çelsi” PSJ-ni darmadağın edib dünya çempionu oldu - Video

celsi-psj-ni-darmadagin-edib-dunya-cempionu-oldu
Oxunma sayı: 1565

İyunun 14-də start götürən klublararası dünya çempionatına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən mundialın finalında Avropa dueli baş tutub.

ABŞ-nin ev sahibliyi etdiyi yarışın qızıl medalları uğrunda dueldə “Çelsi” və PSJ kollektivləri qarşılaşıblar. İngilislər rəqibini 3:0 hesabı ilə darmadağın edib. 

“Çelsi” (İngiltərə) - PSJ (Fransa) 3:0
Qollar: K.Palmer,22, 30, J.Pedro,43