Samux rayonunda avtomobil yol kənarındakı piyadanı vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zazalı kəndində baş verib.
Nəbiağalı qəsəbə sakini A.Quliyev “Opel Zafira” markalı avtomobillə hərəkətdə olan kənd sakini Əjdər Ələsgərovu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər