Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

kurdexanida-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 627

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub.

Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.