Çempion “Kəpəz”ə qarşı

cempion-kepeze-qarsi
Oxunma sayı: 270

Bu gün Misli Premyer Liqasında 31-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“İmişli” Qubada “Zirə”ni qəbul edəcək. Oyunu Kamranbəy Rəhimov idarə edəcək. Çempion “Sabah” isə “Kəpəz”lə qarşılaşacaq.

Oyunun baş hakimi Elvin Bayramov olacaq. “Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları mayın 9-u, “Turan Tovuz” – “Karvan-Yevlax” və “Neftçi” – “Şamaxı” görüşləri mayın 10-u keçiriləcək.

Misli Premyer Liqası, 31-ci tur, 8 may

“İmişli” – “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.

Quba OİK stadionu, 16:30.

“Sabah” – “Kəpəz”

Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.

“Bank Respublika Arena”, 19:30.