Cənubi Koreyada son 122 ilin ən isti havası qeydə alındı

cenubi-koreyada-son-122-ilin-en-isti-havasi-qeyde-alindi
Oxunma sayı: 468

Cənubi Koreyanın Busan şəhərində son 122 ilin ən yüksək temperaturu qeydə alınıb.

“Qafqazinfo” “Yonhap”a istinadən xəbər verir ki, şəhərdə temperatur 38,8 dərəcəyə çatıb.

Məlumata görə, bu göstərici 1904-cü ildən bəri şəhərdə qeydə alınan ən yüksək temperatur hesab olunur.

Bununla da, şəhərdə ən isti gün olaraq 2016-cı ildə qeydə alınan əvvəlki rekord (37,7) yenilənib.

Həmçinin Koreya Meteorologiya İdarəsi paytaxt Seulun şərq və cənub-qərb rayonları üçün də isti hava xəbərdarlığı yayıb.