Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - Video

ceyhun-bayramov-ve-hikmet-haciyev-texribatci-suallara-bele-cavab-verdi
Oxunma sayı: 2139

İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri ilə bilinən xaricdə yaşayan bloger Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycanın nümayəndə heyətinə yaxınlaşaraq əsassız iddialar səsləndirib.

“Qafqazinfo” “Operativ Media”ya istinadən xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə onu dinləyib, sonra cavabını veriblər.

“Qeyd etdiyiniz məsələlər sizin şəxsi qənaətinizdir və şəxsi qənaətinizi həqiqət kimi təqdim etməyiniz qəbuledilməzdir. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qərar qəbul olunubsa, bu qərara dair onun apelyasiyaya və kassasiyaya təqdim edilməsinin də öz qaydaları var. İşgəncələrlə bağlı dedikləriniz sizin mülahizənizdir. Mən əminəm ki, Azərbaycanda işgəncə tətbiq edilə bilməz, xüsusi olaraq qadınlara qarşı. Ümumilikdə bu mümkünsüzdür”, - Ceyhun Bayramov blogerin təxribat xarakterli sualına cavab verib.

“Hamısının kimin tərəfindən maliyyələşdirildiyini bilirsiniz? Məsələyə xüsusi obyektiv yanaşın. Siz Almaniyada hansı statusda yaşayırsınız? Azərbaycandan nəyə görə getmisiniz? Deyin, gəlin dinləyək bir-birimizi. Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”, - Hikmət Hacıyev əlavə edib.

Qeyd edək ki, daha əvvəl Hikmət Hacıyevin Tural Sadıqlıya bu qəbildən olan cavabı uzun müddət sosial media gündəmi olmuşdu.