Çindəki bütün zavodlarını bağlamağı planlaşdırır

cindeki-butun-zavodlarini-baglamagi-planlasdirir
Oxunma sayı: 415

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” 2026-cı ilin sonunadək Çindəki bütün zavodlarını bağlamağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “South China Morning Post” (SCMP) nəşri məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin sonunda “Nokia”nın Çin, Honkonq və Tayvandakı işçi heyəti təxminən 7200 nəfər təşkil edib və şirkət onların əksəriyyətini 2026-cı ilin sonunadək ixtisar etməyi nəzərdə tutur.

Mənbələrdən birinin bildirdiyinə görə, son illərdə “Nokia”nın biznesi tənəzzülə uğrayıb və bu da şirkəti həmin regiondakı fəaliyyətini yenidən tənzimləməyə sövq edib.