Çita Rivera vəfat etdi

cita-rivera-vefat-etdi
Oxunma sayı: 2014

Dünyaşöhrətli aktrisa Çita Rivera dünyasını dəyişib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 91 yaşlı aktrisa xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Riveraya 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalını Barak Obama hədiyyə edib. Sənətçi, həmçinin “The Rink” və “Kiss of the Spider Woman” musiqili teatra görə “Tony” mükafatına layiq görülüb.