ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq

cl-de-italiyanin-5-klubu-mubarize-aparacaq
Oxunma sayı: 3623

Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib. 

Belə ki, “Atalanta” və “Roma” turnirdə yarımfinala adlayıblar.

Nəticədə İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.

İtaliyanın ÇL-dəki iştirakçı sayı 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” Avropa Liqasının qalibi olmalı və qalib komanda A seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.