“Coffeemania Next”in yeni filialı “Elmlər”də açıldı - Fotolar - Video

coffeemania-nextin-yeni-filiali-elmlerde-acildi
Oxunma sayı: 639

Bakının qəhvə və restoran məkanlarından olan “Coffeemania” restoranlar şəbəkəsi genişlənməkdə davam edir. 

Brendin yeni - “Coffeemania Next” “Elmlər” filialı Hüseyn Cavid prospektində fəaliyyətə başlayıb. 

Ötən günlərdə baş tutan açılış mərasimində şou-biznes nümayəndələri, tanınmış bloqerlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Sayca “Coffeemania Next”in 6-cı filialı olan restoran, qəhvə ilə yanaşı, müxtəlif desertlər, səhər yeməkləri, salatlar, isti yeməklər və digər mətbəx seçimlərini bir araya gətirir. Xüsusi desertlər, mətbəx və fərqli qəhvə çeşidləri konseptin əsas hissəsini təşkil edir.

Şirkətin “Coffeemania” və “Coffeemania Next” markaları Azərbaycanda 11, dünyaca 60-dan çox filialı var.

Qəhvə istehsalında istifadə edilən “Coffeemania” məhsulları 2015 və 2018-ci illərdə Almaniyanın “Deutsche Röstergilde” qurumunun qızıl medallarına layiq görülüb.

Yeni “Coffeemania Next” “Elmlər” filialı hər gün saat 08:00-dan 01:00-dək qonaqlarını qəbul edəcək.

Ünvan: Hüseyn Cavid prospekti, Bakı

Əlaqə: +994 99 333 80 20

İnstagram: