Çolpon-Atada dövlət başçılarının qeyri-rəsmi görüşü - Fotolar

colpon-atada-dovlet-bascilarinin-qeyri-resmi-gorusu
Oxunma sayı: 725

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonra digər prezidentlər çıxış ediblər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.