Corc Sorosun ölüm xəbəri yayıldı

corc-sorosun-olum-xeberi-yayildi
Oxunma sayı: 5015

Məşhur milyarder Corc Sorosun ölümü barədə məlumat yenidən interneti bürüyüb.

“Qafqazinfo” xəbər verir ki, Macarıstanəsilli amerikalı sərmayəçi və iş adamının vəfatı ilə bağlı spekulyasiyalar tviterdə yayılıb.

Belə ki, @CilComLFC adlı platforma istifadəçisi tviterdə “son dəqiqə: “Politics For All Ireland”a görə Corc Soros infarktdan öldü” deyə paylaşım edib. Bu tvit bir anda 400 mindən çox baxış toplayıb və viral olub.

Bununla belə 92 yaşlı Sorosun ölümü ilə bağlı şayiələr hələ də təsdiqini tapmayıb. Bundan əlavə, vikipediyada da bu barədə məlumat yoxdur.

Qeyd edək ki, C. Sorosun vəfat etməsi ilə bağlı xəbərlər ilk dəfə deyil. 2013-cü ildə “Reuters” Sorosun dünyasını dəyişməsi barədə məlumat yaymış, lakin yalan olduğu məlum olduqdan sonra nəşr üzr istəmişdi.

Həmçinin oxuyun: Захотела проголосовать за террориста, но была задержана

Дождливая погода сохранится и завтра