“Çörək almağa gedəndə balalarımı mülk üstündə baltaladı...” - Video - Yenilənib

corek-almaga-gedende-balalarimi-mulk-ustunde-baltaladi
Oxunma sayı: 3136

Cəlilabadda baş verən amansız qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, qardaşı uşaqlarına balta ilə hücum etməkdə şübhəli bilinən şəxs hadisəni törətdikdən sonra qaçmağa çalışsa da, Beyləqan ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

“Əlini başına qoyub yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Sən dur körpəni doğra, belə şey olar?! Vəhşilikdir bu. Maşını götürüb Beyləqana qaçanda, orada tutub gətiriblər”, – qonşulardan biri bildirib.

“Əmisi uzun müddət həbsxanada olub. Evdən pul, ya nəsə götürürmüş. Uşaq içəri girəndə  hadisəni yayındırmaq üçün baltadan istifadə edib. Cavan qız uşağı belə hadisənin qurbanı olub...”, – deyə digər qonşu söyləyib.

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.

Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Daha ətraflı Baku TV-nin materialında:

***

Mərhumun anası Xəyalə Məmmədova Baku TV-yə açıqlamasında bildirib ki, hadisə o çörək almağa getdiyi zaman baş verib: “Uşaqlarımla evdə idim. Çörək almaq üçün dükana gedirdim, gördüm iki qardaş - Nağıyev Orxan, Nağıyev Əliqismət, yoldaşı və uşağı mənə baxa-baxa söhbət edirlər. Mən gedən kimi N.Orxan ilə N.Əliqismət içəriyə girib mənim günahsız balalarımı balta ilə doğrayıb. Qayıdanda mənim də qabağımı balta ilə kəsib balamın yanına getməyə qoymurdu ki, qan itirib ölsün. Balalarımı doğrayandan sonra arvadını götürüb Beyləqana qaçdı. Mülk üstündə oldu, ev-eşiyi yox idi, ortalıqda qalmışdı. Uşaqlarımı da ona görə balta ilə doğradı ki, mənim yurduma yiyələnsin. Orxan vaxtı ilə qayınatasını da bıçaqlamışdı. Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalmasın”. 

Daha ətraflı videomaterialda: