2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı Kabildə törədilmiş partlayışın təşkilində iştirak edən əfqanıstanlı Məhəmməd Şərifullah ABŞ-də 20 il həbs cəzasına məhkum edilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Şərifullahın həmçinin 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədən silahlıların koordinasiyasında iştirak etdiyi bildirilir.
İstintaq məlumatına görə, 2021-ci ildə Məhəmməd Şərifullah Kabil hava limanının əsas girişinə aparan yolda kəşfiyyat aparıb, bundan sonra kuratorlara yolun açıq olduğunu bildirib. Bundan bir neçə saat sonra darvazaların yanında törədilmiş partlayış nəticəsində 13 ABŞ hərbçisi və 160-dan çox dinc sakin həlak olub. “Crocus City Hall”a silahlı hücum zamanı isə o, terrorçulara AK (Kalaşnikov avtomatları - red.) və digər silahların istifadəsi barədə təlimatlar ötürüb və onlarla əlaqə saxlayıb. Şərifullahın 2016-2025-ci illər aralığında İŞİD-in ondan çox hücumunda iştirak etdiyi vurğulanıb.
O, 2025-ci ildə Pakistan-Əfqanıstan sərhədi yaxınlığında saxlanılıb və ABŞ-yə ekstradisiya edilib. Dindirilmələr zamanı o, Kabil hava limanı yaxınlığındakı terror aktının törədilməsində, həmçinin Rusiya və İran ərazisində bir neçə hücumda iştirak etdiyini etiraf edib.
Xatırladaq ki, “Crocus City Hall”da həyata keçirilmiş hücum nəticəsində binada olan şəxslərə atəş açılıb, konsert zalı isə yandırılıb. Terror aktı zamanı 145 nəfər həlak olub.
Son xəbərlər
Son Xəbərlər