Çürük balıqla təyyarəyə mindi, təcili eniş etdilər

curuk-baliqla-teyyareye-mindi-tecili-enis-etdiler
Oxunma sayı: 3852

Niderlanddan ABŞ-yə uçan təyyarə çürümüş balıq daşıyan sərnişinə görə planlaşdırılmamış eniş etməli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə Amsterdamdan Detroyta uçan Delta Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib. Uçuş zamanı baqaj rəflərindən sərnişinlərin üzərinə qurdlar tökülüb.

Məlum olub ki, səyahətçilərdən biri təyyarənin göyərtəsinə çürük balıq gətirib. Bu səbəbdən təyyarə komandiri təcili eniş etmək qərarına gəlib. Enişdən sonra kabin yuyulmalı olub, qadağan olunmuş yükü daşıyan sərnişin isə saxlanılıb.