Daha bir ölkə Rusiya ilə sərhəd qapısını bağlaya bilər

daha-bir-olke-rusiya-ile-serhed-qapisini-baglaya-biler
Oxunma sayı: 2024

Finlandiyadan sonra Norveç də Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqəsini bağlamağa hazırdır.

“Qafqazinfo” “TV2” telekanalına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Yonas Qar Störe deyib. 

Norveç də Finlandiya kimi davranmalı və “Storskog” nəzarət buraxılış məntəqəsini bağlamalıdırmı sualına cavab verən Störe deyib: “Əgər lazım olarsa, bunu edəcəyik. Norveç həm Finlandiya, həm də Estoniyadakı vəziyyəti diqqətlə izləyir”.

Telekanal qeyd edib ki, “Storskog” sərhəd qapısı ilə Rusiyadan ölkəyə səfər edənlərin sayında artımın olması ilə bağlı hələ ki məlumat yoxdur.

Xatırladaq ki, Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq. Buna səbəb isə, Rusiyadan ölkəyə qanunsuz keçidləri dayandırmaqdır.