Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq

finlandiya-rusiya-ile-9-serhed-qapisindan-8-ni-baglayacaq
Oxunma sayı: 1423

Finlandiya Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo məlumat verib.

O bildirib ki, Rusiyadan qanunsuz keçidləri dayandırmaq üçün cümə günü gecə yarısından etibarən Rusiya ilə 9 sərhəd qapısından 8-ni bağlayacaqlar.

“Bu yaxınlarda Rusiya vasitəsilə Finlandiyaya 600-dən çox qeyri-qanuni mühacir gəlib. Həmçinin, Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya qeyri-qanuni keçidləri dayandırmaq üçün noyabrın 18-də 4 sərhəd qapısını bağlayıb”, - deyə Orpo bildirib.