Nepalda baş vermiş daşqın fəlakətinin iqtisadi nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nepal Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, daşqınların vurduğu ümumi ziyan təxminən 1,8 milyard dollar təşkil edir.
Həmçinin bildirilib ki, bərpa işləri üçün təxmini ümumi ehtiyac təqribən 4,78 milyard dollardır. Bu məbləğin təxminən 57,67 milyon dolları yaxın altı ay ərzində, təxminən 4,71 milyard dolları isə uzunmüddətli bərpa işləri üçün tələb olunur.
Xatırladaq ki, avqustun 26-da Nepal və Çinin sərhədyanı bölgələrində güclü daşqın baş verib.
Son xəbərlər
Son Xəbərlər