Novruz bayramında edilən maraqlı adətlərdən biri qulaq falıdır. Bu, gənclər arasında yayılmış qədim xalq inancıdır.
“Qafqazinfo” xəbər verir ki, kimsə xüsusən İlaxır çərşənbədə gizlicə qonşuların və ya yoldan keçənlərin söhbətini dinləyir.
Eşitdiyi ilk söz və ya cümlə onun niyyətinə, gələcəyinə işarə kimi qəbul olunur.
Belə ki, inanca görə, insan əvvəlcə ürəyində bir niyyət tutur.
Sonra sakitcə qapı arxasında və ya küçədə dayanıb başqalarının danışığını dinləyir.
Eşitdiyi ilk söz və ya cümlə fal kimi yozulur.
Bu zaman yaxşı, müsbət sözlər eşidilərsə, niyyətin həyata keçəcəyinə inanılır. Pis və ya kədərli sözlər eşidilərsə, niyyətin çətinliyə, dara düşəcəyi ehtimal edilir.
Məhz buna görə, keçmişdə İlaxır çərşənbədə insanlar xoş danışıq, mehriban ünsiyyət qurmağa səy göstərirdilər ki, qulaq falına çıxan şəxsin arzusu ürəyində qalmasın.
Son xəbərlər
Son Xəbərlər